Həbsdə olan AXCP üzvlərinə görüş verilmir

İki ay öncə həbs olunan oğlu – AXCP fəalı Ruslan Nəsirlini o gündən  bəri nə görüb, nə də səsini eşidib. Görüşlərinə icazə verilmir. Ruslan Nəsirli ilə bir gündə tutulan AXCP Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ qazisi Babək Həsənovun qardaşı Cavid Həsənov da narahatdır.

Qanunvericiliyə görə, həbs olunan şəxsin həftədə bir dəfə yaxın qohumları ilə görüşmək, həftədə iki dəfə telefon danışığı hüququ vardır. Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. Söhbət 412 min dollardan gedir.Həbs olunanların ailələri isə ittihamları rədd edir.

Ruslan Nəsirlinin vəkili Fariz Namazlı bildirib ki, görüşlə bağlı Ombudsmana və Pentensiar xidmətə müraciət edilib, cavab gözləyirlər. Cəbhəçilərin hüquqları təmin olunmasa, Bakı İstintaq Təcridxanasına qarşı məhkəmədə iddia qaldırılacaq.