ATƏT seçkiyə 280 nəfərlə gələcək

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycan hökumətinin dəvəti ilə növbədənkənar prezident seçkisini müşahidə edəcək. Missiyaya başçılıq edən Korin Yonker bildirib ki, 11 apreldə keçiriləcək seçkini ATƏT-in öhdəliklərinə, eləcə də daxili qanunvericiliyə riayət olunmasına görə qiymətləndirəcəklər. Bürodan seçki gününü 280 nəfər müşahidə edəcək.

Müşahidəçilər namizədlərin qeydə alınma prosesini, seçkiqabağı kampaniyaların aparılmasını izləyəcəklər. Bu ATƏT-in Azərbaycanda müşahidə etdiyi 10-cu seçki olacaq. Konfransda jurnalistlərin missiyanın rəhbərinə ünvanladıqları hökumətin onların hansısa tövsiyyəsini bu vaxta qədər yerinə yetirib-yetirməməsi, seçkiöncəsi mühit, bu missiya üçün ayrılan vəsaitlərlə bağlı sualları Korin Yonker aralıq hesabatından sonra cavablaya biləcəyini vurğulayıb.