Onlarla medalı olan cüdoçu hərbi xidmətdə necə ölüb?

Sentyabrın 12-də Dövlət Sərhəd Xidmətinin Balakən rayonundakı sərhəd zastavasında xidmət edən Hüseyn Qurbanovun özünü öldürməsi ilə bağlı ailəsinə məlumat veriblər.

Ailəsi əsgərin intihar etməsinə inanmır. Hadisədən sonra hərbi hissəyə gedən əsgər atası Fəxrəddin Qurbanov oğlunun öldürüldüyünü iddia edir. Əsgər atası hadisə ilə bağlı oğlu Hüseynin komandiri leytenant Adəm Həsənlini günahlandırır.

Zaqatala Hərbi Prokurorluğundan Meydan TV-yə bildirdilər ki, əsgərin əl izlərinin təmizlənməsi yalandır və faktla bağlı cinayət məcəlləsinin 125-ci - Özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Meydan TV dəfələrlə Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsi və Dövlət Sərhəd Xidmətindən məsələ ilə bağlı məlumat almağa cəht etsə də hər iki qurumla əlaqə saxlamaq mümkün olmadı.

x

YAZARIN DİGƏR YAZILARI