Rusiya postsovet ölkələrində Kremlyönümlü mətbuatı necə maliyyələşdirir?

İllüstrasiya: Lote Larmane. rebaltica.lv

Məqalə euroradio.fm saytında dərc olunub. 

Amerikanın “BuzzFeed News” saytı “Postimees” və “Re:Baltika” ilə birlikdə Baltikyanı ölkələrdə “Rossiya Seqodna” media holdinqinin sözdə müstəqil yayımları gizli şəkildə maliyyələşdirməsi mexanizmini aşkara çıxarıb. Araşdırılıb dərc olunması üçün onlara müəyyən mövzular və hazır mətn göndərilir.

Jurnalistlərin əldə etdiyi sənədlərdə Belarusun da adı hallanır.

Araşdırmanın nəticələrinin qısa xülasəsini təqdim edirik.

Pullar üçüncü ölkələrdən gəlib

Baltikyanı ölkələrdə Rusiyayönümlü saytların maliyyələşdirilməsi üçün ayrıca şirkətlər qeydiyyatdan keçib. Pullar üçüncü ölkələrdən gəlib. Estoniyada qüvvədə olan “İnformasiya azadlığı haqqında” qanuna uyğun olaraq jurnalistlərin əldə etdiyi sənədlər və yazışmalar sayəsində Kreml və saytlar arasında əlaqə qurmaq mümkün olub. Sənədlər, Estoniyada Moskvanın tapşırıqlarının əsas icraçısı olan Aleksandr Kornilovun vergidən yayındığı üçün ittiham olunduğu cinayət işinin əsasını təşkil edib.

 

Sxem kifayət qədər sadədir: pul həm Rusiya, həm də Baltikyanı ölkələrdən kənarda qeydə alınmış şirkətlər vasitəsilə gəlib. Məhz hansı mövzuların işıqlandırılması ilə bağlı təlimatlar “Skypes vasitəsilə verilib. Redaksiyalar həyata keçirilən işlər barədə hesabat verməli, müntəzəm olaraq nəşr olunmuş materialların sifarişçilərə göndərilməsini təmin etməlidirlər. Bununla yanaşı nəşrlər öz göstəricilərini yaxşılaşdırmaq üçün Rusiya “trol fabriklərindən” trafik və şərhlər alıblar.

Bütün saytların bir adı var idi – “Baltnews"

Onlar yalnız domen zonalarına görə fərqlənirdilər. Saytlar dizaynlarına görə bir-birinə bənzəyir. Onlar bir gündə ortaya çıxdı və demək olar ki, eyni vaxtda eyni məqalələri dərc edirdilər. Lakin Baltikyanı ölkələrin rusdilli əhalisi üçün bu saytlar müstəqil mətbuat kimi göründü.

Saytlardan hər ay uzunluğu 100 sözə qədər olan ən az 70, ən çox 500 xəbər qoymaq tələb olunub. Bundan əlavə, hər ay 10-la 50 arası analitik məqalə, esse və ya izahedici mətn çap olunmalıdır. Hər belə məqalə üçün ən azı iki ekspertin şərhini almaq lazımdır.

Aylıq maliyyələşdirilmə və gündəlik sifarişlər

Jurnalistlər tərəfindən əldə olunan “Skypes yazışmaları yalnız “Baltnews”-un Estoniya fəəaliyyəti ilə bağlıdır. Hollandiyada qeydiyyatdan keçmiş “Media Capital Holding BV” şirkəti tərəfindən maliyyələşdirildiyi məlum olub. Araşdırmaçılar Latviyada və Litvada da nəşrlərin eyni şəkildə işlədiyi qənaətindədirlər.

Qrafika: Lote Lormane. rebaltica.lv
Qrafika: Lote Lormane. rebaltica.lv.

“Skype”-da edilən söhbətlərin qeydlərindən görünür ki, Kornilov Moskvadan aylıq maliyyə və gündəlik tapşırıqlar alıb. Bunun müqabilində, o, bir ay ərzində nəşr olunan məqalələrin tam hesabatını göndərməli idi. Lakin o, verdiyi hesabatda rəqəmlərlə manipulyasiya edib.

Kornilov, köməkçisi və eyni zamanda dostu olan Aleksandr Dorofeyevlə birgə “BaltNews”-a girənlərin sayının həqiqətdə olduğundan daha çox göstərmək üçün manipulyasiya edib. Auditoriyanı genişləndirmək üçün “Saytların raskrutkası” şirkəti ilə sazişlər imzalanıb.

Yazışmalardan aydın olur ki, bir milyon baxışın qiyməti 10 min 990 rus rublu olub (Sentyabrın 5-nə olan məzənnə ilə 338 Belarus rublu – Euroradio). Bir neçə ay ərzində saytın sahibləri bir sıra bu cür sifarişlər veriblər. Bundan əlavə, onlar şərh alıb - hər biri üçün 9 rubl.

“Sputnik” pomidor atəşinə tutuldu

“BaltNews” və buna bənzər portallarının məqsədi sonradan internetdə yayılacaq olan Rusiya üçün əlverişli məzmunun yaradılması və ictimailəşməsi idi. “Euroradio” jurnalistləri demək olar ki, bütün müstəqil Belarus KİV-lərində “Baltnews”-a istinadlar tapıb.

Araşdırmada Belarusun adı yalnız bir dəfə qeyd olunur. 2016-cı il mayın 25-nə olan yazışmalarda “Rossiya Seqodna”-nın nümayəndəsi Aleksandr Svyazin tərəfindən hazırlanmış müxtəlif media orqanları üçün 11 mövzudan ibarət siyahı var. Baltikyanı nəşrlərlə yanaşı orada Belarus “Sputnik”i də daxil olmaqla “Sprutnik”in regional saytları olub.

Belarus “Sputnik”i üçün yazılan mövzulardan ən az biri, “Belneftexim” mətbuat konfransı haqda olub. Məqalədə deyilir ki, Rusiya Federasiyasının neft şirkətləri Belarus emalı zavodlarında neft hasilatının həcmini minimuma endirdi. Belarus şoumenu Aleksandr Pomidorovun “Sputnik”ə keçdikdən sonra buranın pomidor atəşinə tutulduğuna dair yazılar tapılmayıb.

Araşdırma lokal kontekstədir, ancaq bunun yardımıyla Kremlin təsir vasitəsi olaraq agentlərə ehtiyac duyduğu digər ölkələrdə Rusiyayönümlü KİV-in maliyyələşdirilməsinin sxemlərini görmək mümkündür. Dolaşıq maliyyə axını, gizli nəzarət, mövzu sifarişi, sayta baxışların şişirdilməsi və yalnız Rusiyayönümlü təşviqat yox, müxtəlif mövzular haqqında məlumat.