Dünyanın müxtəlif ölkələrində ucuz və pulsuz gecələmənin yolları

Qonaq qəbul et, qonaq ol

İldə 1-2 dəfə səyahət edənlərə varlı gözü ilə baxmağı bir kənara qoyun. Özünüzü kasıb, onları imkanlı hesab etməkdənsə, ucuz səyahətin yolları ilə maraqlanın. 

Çox gəzmək, çox pulu olmaq anlamına gəlmir. Planlı və bilgili olmaq kifayətdir.

Pulsuz gecələmə – Couchsurfing

Dünyanın əksər ölkələrində pulsuz gecələmək üçün Couchsurfing-dən istifadə edə bilərsiniz (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün qurulub. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bunun üçün couchsurfing.com-da profil yaratmaq lazımdır. Bu xidmət bəzən pullu (ödəniş çox aşağı olur), bəzən də könüllü ola bilir. Onu da deyim ki, couchsurfing.com saytı vasitəsilə gedəcəyiniz şəhərlərdə sizi gəzdirəcək bələdçilər də tapa bilərsiniz. Bələdçilər də bəzən könüllü, bəzən pulla xidmət göstərirlər. Seçim sizindir.

Çarəsizlikdən yaranan biznes

Bir də airbnb.com saytı var. Bu saytdan qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz.

Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Çeski ve Joy Qebbi otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə airbedandbreakfast.com belə yaranıb. Bir müddət sonra saytın adı airbnb olub. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir. Airbnb-yə otellərin qorxulu röyası da deyirlər.

Qənaət et, onlarla ölkə, şəhər gəz

Səyahəti ucuz və yaxud bahalı etmək insanın öz əlindədir. Qənaət etmək gələcək səfərlər üçün bir addım öndə olmaq deməkdir.

Mənbə: seyahetchi.com

x

YAZARIN DİGƏR YAZILARI