Bakıda daha bir uçqun tipli sürüşmə olub

Zığ şosesi

Rəsmi qurumlar prosesin davam etdiyini söyləyirlər

Oktyabrın 18-də Bakının Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən bildirilib.

“Hadisə zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir”.

Bu gün Badamdardakı sürüşmə sahəsindəki durum da gərginləşib. Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunub. Sürüşmənin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir.

Oktyabrın 17-də isə Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində sürüşmə baş vermişdi. İlkin məlumatda sürüşmənin ərazidə bina tikintisi ilə bağlı olduğu qeyd olunurdu.