Məmməd İbrahimin həbsdən buraxılması üçün girov təklif olunub, ancaq...

Məmməd İbrahim Fotoqraf: meydan.tv

Vəsatət təmin olunmayıb

"Məmməd İbrahimin sağlıq durumu yaxşı deyil. Bildiyimizə görə, bu gün məhkəmədə də vəziyyətinə görə ətraflı çıxış edə bilməyib. Bir gün əvvəl də vəkillə görüşdə dayana bilməyib", - AXCP Rəyasət Heyətinin üzvü, həbsdən buraxılmasına iki gün qalmış haqqında yeni cinayət işi başlanan Məmməd İbrahimin oğlu Turan İbrahim Meydan TV-yə açıqlamasında bildirib.

Oktyabrın 10-da Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyilə M.İbrahimin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Vəsatət təmin olunmayıb.

T.İbrahimin sözlərinə görə, artıq qərardan apelyasiya şikayəti verilib:

"Vəkil vəsatətdə Məmməd İbrahimin haqqında girov qətimkan tədbirinin seçilməsi məsələsini də qoymuşdu. Yəni istintaq dövründə girov müqabilində azadlıqda olsun. Baxmayaraq, ittiham olunduğu maddə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, lakin onu həbsdən buraxmaq istəmirlər".

T.İbrahim bildirib ki, atasının avqust ayında əməliyyat olunan gözü yenə tutulub.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. İddia olunur ki, 16 saylı cəzaçəkmə müəssisəsində onun yatağından bıçaq tapılıb.

Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

M.İbrahim özünü təqsirli bilmir, həbsdən çıxmasının qarşısını almaq üçün bıçağın onun yatağına sifarişlə qoyulduğunu dey