Hərbi xidməti başa vurmasına 2 ay qalan əsgər həlak oldu

Şəhid (şərti foto)

Səməd Alışov evin tək oğlu olub

Azərbaycan və Ermənistan qoşunlarının Füzuli rayon istiqamətindəki təmas xəttində baş vermiş atışma nəticəsində hərbi qulluqçu Səməd Anar oğlu Alışov həlak olub. Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:

“Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Alışov Səməd Anar oğlu şəhid olub”.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər postda olarkən başından vurulub.

Onun hərbi xidməti başa vurmasına 2 ay qalıbmış. Qəbələ rayonunun Zirik kəndində qeydiyyatda olan, Mixliqovat kənd sakini, 1999-cu il təvəllüdlü Səməd Alışov evin tək oğludur.