Bərdədə qatarın traktoru vurması nəticəsində üç nəfər xəsarət alıb

foto APA

Traktor sürücüsünün ayaqları amputasiya olunub

Bərdə rayonunun məcburi köçkünlər qəsəbəsi ərazisindən keçən qatar traktoru vurub.

Qəza nəticədə Nazırlı kənd sakinləri,1975-ci il təvəllüdlü Zabil Bağırov, onun qardaşı, 1969-cu il təvəllüdlü Qbil Bağırov və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Fəxri Quliyev xəsarət alıblar. Onları rayon xəstəxanasına aparıblar.

APA yazır ki, traktorun sürücüsü Zabil Bağırovun ayaqları amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.