Türkiyə İsrail səfirini geri göndərib

Türkiyənin İsrafildəki səfiri də ölkəyə qayıdıb

İsrailin Ankaradakı səfiri Eitan Naehin Qəzza bölgəsindəki olaylarla bağlı Türkiyə Xarici İşlər Nazirliyinə çağırlıb.

Səfirə bir müddət ölkəsinə geri dönməsi bildirilib.

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Eyni zamanda, Türkiyənin İsraildəki səfiri Kemal Ökem də baş verən toqquşmalarla bağlı məsləhətləşmək üçün ölkəsinə qayıdıb.

Qəzet eyni zamanda İsrailin Belçikadakı səfiri Simona Frankelin Qəzza toqquşmalarında ölən körpələri “terrorçu” adlandırması haqda məlumat yayıb.

“Həyatlarını itirən bütün insanlar üçün üzülürəm, hətta sərhədi keçməyə çalışan 55 terrorçu üçün də”,- deyə səfir Belçika radiosunda çıxışında bildirib.

Simona Frankel
Simona Frankel

Səfir ölümlərdə Həmasın cavabdeh olduğunu qeyd edib:

“Beynəlxalq araşdırma tələb edirsiniz, amma beynəlxalq planda cəzasızlıq müzakirə olunmaz. İsrailin təhlükəsizliyini müdafiə etmək üçün həmişə yanında olduq, amma faciələrə yol açan zorakılıq qəbul edilməz”.
Səfirin bəyanatına Belçikanın baş naziri Çarles Miçel sərt təpki göstərib və deyilənlərdən şok keçirdiyini söyləyib.

Baş nazir ABŞ və İsrailin problemə yanaşmasını tənqid edib.

Simona Frankel Belçika Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazir Didier Reynders səfirə “Bir çox şeyləri duya bilərsiniz. Amma bunun da bir sərhədi var” deyə söyləyib.
İrlandiya və Cənubi Afrikanın da İsrailin səfirini geri göndərdiyi deyilir.