Müxalifətin 14 aprel mitinqinə icazə verildi

Milli Şura və Müsavat Partiyası birgə mitinq keçirəcək

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şura və Müsavat Partiyasının aprelin 14-nə nəzərdə tutduğu mitinqə icazə verib.

Bu barədə icra hakimiyyətinin cavab məktubunda bildirilib.

Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilib.

Milli Şura və Müsavat Partiyası seçkini boykot edib.

Mərkəzi Seçki Komissiyası YAP-ın namizədi İlham Əliyevi seçkinin qalibi elan edib.

Demokratik qüvvələrin Milli Şurası və Müsavat partiyası sonuncu dəfə martın 31-də mitinq keçirib. Mitinqdə “Azad seçki!”, “Korrupsiyaya yox!”, “Monarxiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!”, “İstefa” kimi şüarlar səsləndirilib.