Yataqxanada yanğın olub

Yanğın - Arxiv

Bina sakinləri təxliyə edilib

Yanvarın 12-də Abşeron rayonu, Xırdalan şəhərində yataqxanada yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 30 m2 olan digər 1 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

“Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Qonşu mənzillər yanğından mühafizə olunub” – məlumatda qeyd olunur.

Yanğın söndürülüb, xəsarət alan barədə məlumat yoxdur.