Bakıda avtobus aşdı, sürücü bir gün sonra tutuldu (yenilənib)

***

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ağır yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Məlumatı AZƏRTAC yayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.2 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 2 avqust tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan 1989-cu il təvəllüdlü Ağayev Kamran Hüseynağa oğlu tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

***

Zığ şosesində qəza zamanı xəsarət alanlar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralıların adları məlum olub:

1. Məmmədov Rüstəm Ələsgər oğlu, 1964-cü il təvəllüdlü

2. Teymurova Afət Seyfəddin qızı, 1974

3. Cəfərova Sevda Mütəllim qızı, 1961

4. Ağayeva Səbirə Xubrəddin qızı, 1975,

5. Qurbanova Mətanət Əzim qızı, 1960

6. Həsənov Taleh Fuad oğlu, 1998

7. Savgin Vasili Aleksandr oğlu, 1975

8. Hüseynli Müşfiq Hicran oğlu, 1998

9. Babayeva Tahirə İlyas qızı, 1976

10. Nəbiyeva Səliqə Əkbər qızı, 1959

11. Yedyayeva İrina Valeri qızı , 1975

12. Əliisgəndərova Aygün Orucəli qızı, 1981

13. Məhərrəmov Elcan Arzuman oğlu, 2003

14. Məmmədli Aygül Vüqar qızı, 2002

15. Namazov Sədi Qəhrəman oğlu, 1938

***

Yaralılar var, ikisi azyaşlıdır

Yanvarın 6-da Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə Zığ şossesində baş verib, 175 saylı avtobusun dərəyə yuvarlandığı bildirilir.

Qəza nəticəsində 14 nəfərin xəsarət aldığı deyilir. Onlardan ikisi azyaşlıdır.

APA-nın məlumatına görə, yaralılar Sabunçudakı 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib kİ, hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Hadisəyə səbəb kimi avtobusun yüksək sürətlə idarə edilməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.