ABŞ gələn il YUNESKO-dan çıxır

Vaşinqton təşkilatda köklü islahatlar aparılmasını istəyir

Amerika Birləşmiş Ştatları YUNESKO-dan çıxır. Bu, rəsmi olaraq 2018-ci il dekabrın 31-də baş verəcək.

Məlumatı oktyabrın 12-də “Reuters” agentliyi yayıb. 

ABŞ Dövlət Departamentinə istinad edilən məlumatda bildirilir ki, ölkə təşkilatda daimi müşahidəçi kimi fəaliyyətini davam etdirmək fikrindədir.

Vaşinqton təşkilatda köklü islahatlar aparılmasını istəyir.

YUNESKO-nun rəhbəri İrina Bokova ABŞ-ın bu addımndan dərin təssüf bildirib.

ABŞ 2011-ci ildə təşkilatın maliyyələşdirilməsini dayandırıb.

Bu YUNESKO-nun Fələstin müxtariyyətinə daimi üzv statusu verməsindən sonra baş verib.

2016-cı ilin payızında isə UNESCO İcraiyyə Komitəsi Fələstin və Misirin təklif etdiyi, yəhudi xalqının Yerusəlimdəki məşhur "Əl-Aksa" məscidinə ("Məbəd dağı") aiddiyyəti olmadığına dair qətnaməni qəbul edib.

ABŞ-ın YUNESKO-dakı nümayəndəsi isə bu qətnaməyə qarşı çıxıb.