Helsinki komissiyası Qarabağ dinləmələri keçirəcək

Müharibənin yenidən başlanma mümkünlüyü müzakirə ediləcək

ABŞ Konqresinin Helsinki komissiyası oktyabrın 18-də Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçirəcək.

“Turan”-ın verdiyi xəbərə əsasən, komissiyanın məlumatında deyilir ki, 2016-cı ildə münaqişə zonasında baş vermiş hərbi əməliyyatlar zamanı 200-ə yaxın adam ölüb.

Cəbhənin təmas xəttində daim atəşkəsin pozulması halları baş verir. Tərəflərin hər biri daha miqyaslı münaqişəyə risk edir ki, buna Rusiya, Türkiyə və İran da cəlb edilə bilər.

Dinləmələrdə Minsk Qrupunun ABŞ-dan olan iki keçmiş həmsədri, həmçinin münaqişə üzrə tanınmış müstəqil ekspertlər iştirak edəcəklər. Onlar hazırki vəziyyəti, eləcə də davamlı sülhə nail olmaq pespektivlərini dəyərləndirəcəklər.

Tədbirdə Minsk Qrupunun keçmiş həmsədrləri Keri Kavano (1999-2001-ci illər), Ceyms Uorlik (2013-2016-cı illər), Beynəlxalq Böhran Qrupunun proqram direktoru Maqdalena Qrono çıxış edəcəklər.