Sentyabrda nikaha daxil olmaq istəyən yeddi nəfərdə QİÇS aşkarlanıb

Zöhrə Əlimirzəyeva foto APA

İlin əvvəlindən QİÇS nikaha daxil olmaq istəyən 84 nəfərdə aşkar edilib 

Sentyabr ayında nikaha daxil olmaq istəyənlərin 240 nəfərində talassemiya daşıyıcılığı, 26 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS xəstəliyi aşkarlanıb.  

APA-nın məlumatına əsasən, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. 

Ümumilikdə ötən ay nikaha daxil olmaq istəyən 8 min 843 nəfər tibbi müayinədən keçib.

İnstitut direktoru əlavə edib ki, 2017-ci ilin 9 ayı ərzində 105 min 107 nəfər tibbi müayinədən keçib: “Onlardan 32 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı, 13 min 169 nəfərdə talassemiya daşıyıcılığı, 378 nəfərdə sifilis, 84 nəfərdə isə QİÇS xəstəliyi aşkar edilib”.

“Ümumilikdə ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan bu ilin iyul ayının sonuna qədər 333 min 401 nəfər müayinədən keçib. Bu dövr ərzində müayinədən keçənlərdən 23 min 352 talassemiya daşıyıcılığı, 1 262 nəfərdə sifilis, 247 nəfərdə isə QİÇS aşkarlanıb. 122 cütlüyün hər ikisində isə talassemiya daşıyıcısı olub”.