Tikinti materialları mağazası yandı

Avqustun 10-da, saat 20 radələrində Binəqədi rayonu ərazisində yanğın baş verib. Hadisə Gülməmməd Ramazanov küçəsində, 179 saytlı orta məktəbin yaxınlığındakı tikinti materialları mağazasında baş verib.

Fövqəladə Hallar Nazirliyinin saytında verilən məlumata görə, yanğın mağazanın dam örtüyündə başlayıb. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Yanğının hansı səbəbdən başladığı və nə qədər ziyan vurduğu haqda məlumat yoxdur.