Azərbaycan əsgərinin başından vurulduğu deyilir

Hərbçi Soltanov Nahid Zahid oğlu

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Nahid Zahid oğlu Soltanov hərbi vəzifəsini yerinə yetirərkən snayperlə başından vurulub. Hadisə iyulun 14-də Ağdam rayonunun Zəngişalı kəndində baş verib. Faktı hərbçinin qardaşı Elçin Soltanov da Meydan TV-yə təsdiqləyib. Qardaşının sözlərinə görə, ağır yaralı olan Nahid Soltanov iyulun 16-da Papanində yerləşən Hərbi Hospitala gətirilib: “Necə vurulduğunu bilmirik. Vəziyyəti ağırdır, necə olacağını da Allah bilir. Gözləyirik”.

Elçin Soltanovun sözlərinə görə, avqustda 1 il olacaq ki, qardaşı hərbi xidmətdədir.

Nahid Soltanov Hacıqabul rayonunun Qızılburun kənd sakinidir. O, 2016-cı ildə yaşadığı rayondan hərbi xidmətə çağırılıb.

Əsgərin yaralanması ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hər hansı məlumat yaymayıb.