Bakıda 14-25 dərəcə isti gözlənilir

Bölgələrə yağış yağacaq, dolu düşəcək

Mayın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub küləyi axşam arabir güclənən mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb. Bildirilir ki, havanın temperaturu gecə 14-16° isti, gündüz  21-26° isti, Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacaq.  

Atmosfer  təzyiqi  760 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət  gecə 75-85 faiz, gündüz 60-70 faiz təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacağı gözlənilir. 

Mayın 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 22-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.