Yol kənarında məskunlaşan köçkünlər

Dərc olunub [MƏDƏNİYYƏT]

Qəbələ - Oğuz yolu kənarında artıq 24 ildir ki, məskunlaşan məcburi köçkünlər yeni evə köçmək üçün xəbər gözləyirlər.

Kəlbəcər və Laçından olan məcburi köçkünlər bütün həyatlarını da yaşadıqları şəraitə uyğun olaraq qurublar. Yol kənarında təndir çörəyi bişirib satmaqla, özlərinin hazırladığı ağartı məhsulları satmaqla dolanırlar.

Dediklərinə görə, ən böyük problemləri şəraitsizlikdir. Yağıntılı aylarda evlərini sel basır və bu, hər il təkrarlanır.

Qarabağa nə zaman qayıdacaqlarını bilməyən köçkünlər ümidlərini yeni mənzillərə bağlayıblar.