Kazuo Ishiguro
Kazuo Ishiguro Fotoqraf: Charlie Forgham-Bailey

Ədəbiyyat üzrə ''Nobel''-in qalibi bəlli oldu

Yapon əsilli Böyük Britaniya yazıçısı Kazuo İşiquro mükafatın qalibidir

2017-ci il ədəbiyyat üzrə Nobel mükafatını yazıçı Kazuo İşiquro alıb.

Oktyabrın 5-də İsveç Kral Akademiyasının Nobel Komitəsi qərarını açıqlayıb.

Yapon əsilli Böyük Britaniya yazıçısı Kazuo İşiquronun 63 yaşı var. O, 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində doğulub. Yazıçının ailəsi 1960-cı ildə Böyük Britaniyaya köçüb.

Kazuo İşiquro ədəbi karyerası 1981-ci ildə 3 hekayəsinin dərci ilə başlayıb. İlk romanı Britaniyanın ən yaxşı gənc yazıçısı mükafatını alıb. 1989-cu ildə yazdığı "Günün qalan hissəsi" romanı xüsusi ilə məşhurdur.

2005-ci ildə çapdan çıxmış "Məni tərk etmə" romanı "Taym" jurnalının tərtib etdiyi siyahıda son 100 ilin ən yaxşı Britaniya romanı sırasına daxil edilib.

1901-ci ildən təqdim olunan Nobel ədəbiyyat mükafatına ötən il amerikalı Bob Dilan layiq görülüb.

Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Mükafatın məbləği 1 milyon dollardır.