Nigar Həzi
Nigar Həzi

Həbsxanada keçən evlilik

Nigarla Seymurun evlilik ildönümüdür .Onlar ötən il həbsxanada evləniblər. Bir il boyunca həftədə iki dəfə telefonla danışıb, həftədə bir dəfə görüşə bilirlər.

Jurnalist Seymur Həzi 2014-cü ildə həbs olunub. O, xuliqanlıqda ittiham edilib. Jurnalist həbsini “Azadlıq” qəzetindəki yazıları, “Azərbaycan saatı” verilişində aparıcılığı ilə bağlayır. O, üç ildir həbsdədir. Seymurla Nigar evliliklərinin bir illiyini də həbsxanada keçirəcəklər. 2016-cı ildə həbsxanada evlənən cütlük bir ildir azadlıqda qovuşa bilmir